“Turan Tovuz” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

 Komanda 2023-cü il yanvarın 7-də Bakıda bir araya gələrək Antalyaya yola düşəcək.
 Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda yetirmələrini 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ ki, məlum deyil.